Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
Prezident İnfantinonu qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev bu gün FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür edib.
Dövlət başçısı gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib. Azərbaycanın bu idman tədbirlərində iştirakının önəmini vurğulayan Prezident İlham Əliyev bütün bunların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə edib.
Canni İnfantino qəbula görə dövlət başçısına minnətdarlığını bildirib.
Qonaq ilk dəfə ölkəmizdə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında dünya çempionatı və festivalının önəminə toxunaraq, dünyanın idman ictimaiyyətinin diqqətinin bu tədbirə yönələcəyini deyib.
Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlərdən söhbət açılıb, son dövrlərdə bu sahədə əldə edilən uğurlara toxunulub.
Ölkəmizlə FIFA arasında uğurlu əməkdaşlığın qurulduğu vurğulanaraq, tərəfdaşlığın perspektivləri müzakirə olunub.
Söhbət zamanı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) FIFA-nın fəaliyyətinə verdiyi dəstək məmnunluqla qeyd edilib.
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.
































































