Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.
Yeni hüquqi şəxs 19 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçotu idarəsində dövlət qeydiyyatına alınıb.
Məlumata görə, “SOCAR Balakhani” MMC-nin nizamnamə kapitalı 1 000 manat müəyyən edilib. Şirkətin baş icraçı direktoru vəzifəsinə Bağırov Natiq Orucqulu oğlu təyin olunub.
Müəssisənin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121, AZ1029 olaraq göstərilir.
Yeni şirkətin yaradılması SOCAR-ın fəaliyyət istiqamətləri çərçivəsində növbəti strukturlaşma addımlarından biri kimi diqqət çəkir.
Xüsusi qeyd: Natiq Bağırov 1978-ci ildə anadan olub. 2000-ci ildə ADNSU-nu bakalavr, 2002-ci ildə magistr dərəcəsini bitirib. 2007-ci ildə Phd müdafiə edib. Geologiya mineralogiya elmlər namizədidi. 2019-cu ildə ölkə prezidentinin səracamı ilə Tərəqqi medalı alıb. Neft sənayesinin inkişafında xidmətlərinə görə. 20-yə yaxın elmi məqalənin müəllifidir. SOCAR Upstream Management İntetnational şirkətində İcraçı dırektorun müavini və aktivlərin idarə olunması üzrə direktor vəzifəsində çalışır.
Hörmətli Natiq Bağırov, “SOCAR Balakhani” MMC-nin baş icraçı direktoru vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, yeni vəzifənizdə uğurlar arzulayırıq. Sizə möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətinizdə böyük nailiyyətlər, qarşıya qoyulan vəzifələrin layiqincə həyata keçirilməsini, kollektivinizlə birlikdə uğurlu nəticələr əldə etməyinizi diləyirik.
Yeni vəzifəniz mübarək olsun!
Fərid Səfərov
Xezertv.info-nun rəhbəri
AJB-nin üzvü






















































