Xəbər Lenti
Bugün, 07:52
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Dün, 18:29
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
13-11-2026, 07:17
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
12-11-2026, 15:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
“10%-lik vergi fermerlərin işini çətinləşdirə bilər”
“Kənd təsərrüfatı məhsulları istehsalından əldə edilən gəlir və ya mənfəətin 10%-lik vergiyə cəlb edilməsi fermerlərin işini çətinləşdirə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
“Çünki fermer gübrəyə, yanacağa, texnikaya, suvarmaya, işçi qüvvəsinə xeyli vəsait sərf edir. Onun maliyyə bazası hələ möhkəm deyil, bəzən öz məhsullarını bazarda sata bilmir. Ona görə də vergidən azad olmaların daha bir neçə il uzadılmasını vacib hesab edirəm”, - deyə komitə sədri qeyd edib.
Nuranə Daxilqızı






















































