Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Gəncədə Gənclər Günü qeyd olunub
Gəncədə 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis olunmasının 25 illiyinə həsr olunan tədbir keçirilib.
Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə əvvəlcə rəsmilərin iştirakı ilə istedadlı gənclərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev bildirib ki, bu gün ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasəti alqışlayır, bu siyasətin icrasında daim onun yanında olduqlarını nümayiş etdirirlər.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov 2021-ci il ərzində qurumun gənclər sahəsində gördüyü işlər haqqında hesabat xarakterli çıxış edib, il ərzində idarə tərəfindən keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk və Gürcüstanın Gəncədəki baş konsulu Nikoloz İaşvili gəncləri təbrik edib və onlara gələcək həyatlarında müvəffəqiyyətlər diləyiblər.
Gənclər adından çıxış edən Mobil Qarayev göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və dövlətimiz üçün layiqli və lazımlı gənc olacaqlarını söyləyib.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci il ərzində şəhərin ictimai həyatında fəal iştirakına görə və 2 fevral - Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə bir qrup gənc fəxri fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunublar.
Tədbirdə idarənin gənclər sahəsi üzrə il ərzində həyata keçirdiyi tədbirlər videoçarx vasitəsilə təqdim olunub.
Sonda gənclər adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.





















































