Xəbər Lenti
27-07-2026, 16:21
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
24-07-2026, 10:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
23-07-2026, 15:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 19:16
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Kürdəmirdə hər gün 300 nəfərdən çox sakin vaksinasiya olunur
Kürdəmir rayonunda vətəndaşların COVID-19 infeksiyasına qarşı vaksinasiyası davam edir.
Rayon icra hakimiyyətində fəaliyyət göstərən operativ qərargahdan bu barədə verilən məlumatda bildirilir ki, son vaxtlar təhlükəli virusun sürətlə yayılması vətəndaşlar arasında peyvənd olunmaq üçün müraciət edənlərin sayının artmasına səbəb olub. Hər gün orta hesabla 300 nəfərdən çox sakin peyvənd olunur. Təkcə fevralın 8-də 332 nəfər vaksinasiya edilib.
İndiyədək rayon üzrə 18 yaşdan yuxarı 46 min 95 nəfərə 1-ci doza, 40 min 779 nəfərə 2-ci doza, 19 min 146 nəfərə isə “buster” doza vurulub. Əhalinin vaksinasiyası əsasən Kürdəmir Ailə Sağlamlıq Mərkəzində, habelə kənd xəstəxanaları və tibb məntəqələrində aparılır.























































