Menu
Xəbər Lenti
Ağaclara da hüquq verdilər
15-09-2026, 08:03

Ağaclara da hüquq verdilər

FHN təlim keçirdi
12-09-2026, 09:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 08:38

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 08:06

Bəzi yollarda tıxac var

15 Mrt 16:06Manşet / Cəmiyyət

Respublika fənn müsabiqələrinə qeydiyyat müddəti uzadılıb

Respublika fənn müsabiqələrinə qeydiyyat müddəti uzadılıb

3 aprel 2022-ci il tarixində ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqəyə qeydiyyat müddəti 18 mart saat 12:00-a kimi uzadılıb. Qeydiyyat https://portal.edu.az/ platforması üzərindən həyata keçirilir. Şagirdlər qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər.

Qeyd edək ki, müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçiriləcək.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.