Xəbər Lenti
27-08-2026, 11:31
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
26-08-2026, 13:32
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
25-08-2026, 13:48
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Dövlət qurumlarının bu avtomobilləri alması qadağan edildi
“Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarda dəyişiklik edilib.
Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əlavə edilən yeni bəndə əsasən, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) tərəfindən nəqliyyat vasitələrinin satınalınması zamanı istifadə edilmiş (istismar olunmuş) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin satınalınmasına yol verilmir.






















































