Xəbər Lenti
23-11-2026, 07:48
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
Mətbuat Şurası bəzi Azərbaycan saytlarının Rusiyada yayımının məhdudlaşdırılması ilə bağlı bəyanat yayıb
Azərbaycan Mətbuat Şurası Azərbaycan kütləvi informasiya vasitələrinin Rusiyada yayımının məhdudlaşdırılması ilə bağlı bəyanat yayıb.
Bəyənatda bildirilir:
"Rusiya Federasiyası tərəfindən Azərbaycanın kütləvi informasiya vasitələri bloklanır. Səbəb aydındır. Azərbaycan KİV-lərinin Ukrayna ilə bağlı yayımları, Rusiya-Ukrayna müharibəsində tutduğu obyektiv mövqe Rusiyanı razı salmır. "Haqqin.az" və "Minval.az" saytından sonra "Oxu.az" saytı da ayrıseçkiliyə məruz qalıb.
Rusiya tərəfindən söz və ifadə azadlığına, plüralizmə aşkar sayğısızlıq törədilir. Bu, beynəlxalq miqyasda qəbul edilmiş prinsip və normalara, bəşəri dəyərlərə əhəmiyyətsiz yanaşmadır. Bu, eyni zamanda Rusiya cəmiyyətinin obyektiv məlumat almaq, alternativ fikirlə tanış olaraq düzgün nəticəyə gəlmək hüququnun məhdudlaşdırılmasıdır.
Rusiyanın Azərbaycan KİV-lərinə belə yanaşması iki ölkə arasındakı münasibətlərə, Rusiya və Azərbaycan xalqlarlarının tarixən formalaşmış dostluq və əməkdaşlıq ənənələrinə, informasiya mübadiləsi prosesinə hörmətsizlikdir.
Rusiyanın bloklama siyasəti dövlətin öz informasiya məkanını yad elementlərdən təmizləmək istəməsi kimi dəyərləndirilə bilməz. Çünki Azərbaycan KİV-ləri heç bir halda söz və ifadə azadlığından sui-istifadə etmir. Onlar müharibəyə işğal faktı prizmasından yanaşırlar. Bu, müstəqillik dövrü Azərbaycan mediasının ruhundan irəli gəlir. Çünki Azərbaycan 30 ilə yaxın müddətdə işğaldan əziyyət çəkib.
Azərbaycan Mətbuat Şurası Rusiyanın media ictimaiyyətinə, mütərəqqi dairələrinə müraciət edərək Azərbaycan KİV-lərinin bloklanması, Rusiya ərazisindəki yayımlarının məhdudlaşdırılması faktına obyektiv qiymət verməyə çağırır. İnanmaq istərdik ki, Rusiya cəmiyyəti bu vəziyyətə düzgün və zəruri reaksiya verərək Azərbaycan və Rusiya arasındakı münasibətlərin müsbət ahəng və dinamikasına, mehriban qonşuluq prinsiplərinə zidd təmayüllərə meydan tanımayacaqdır", - bəyanatda qeyd olunur.























































