Xəbər Lenti
Dün, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
Gəncə şəhərində Gəncə Şəhər Məhkəməsi təşkil edilir - SƏRƏNCAM
Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin təşkili haqqında Sərəncam verib.
Sərəncamda deyilir:
- Gəncə şəhərində Gəncə Şəhər Məhkəməsi təşkil edilsin.
- Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi ləğv edilsin.
- Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki:
- Gəncə Şəhər Məhkəməsinin təşkili ilə əlaqədar məhkəmələrin ərazi yurisdiksiyasında müvafiq dəyişikliklər etsin;
- Gəncə Şəhər Məhkəməsinin hakimlərinin ştat sayını müəyyən etsin;
- Gəncə Şəhər Məhkəməsinin hakimlərinin təyin edilməsi ilə bağlı təkliflərini 2022-ci il iyunun 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Gəncə Şəhər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün;
- Gəncə Şəhər Məhkəməsinin fəaliyyətinin təşkili ilə bağlı xərclərin 2022-ci ilin dövlət büdcəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi və növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görsün;
- Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin edilənədək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin fəaliyyətinin maliyyələşdirilməsini təmin etsin;
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Bu Sərəncamın 1-ci və 2-ci hissələri 2022-ci il iyulun 1-dən qüvvəyə minir.






















































