Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

26 Nis 17:20Manşet / Siyasət

İcra başçısı Həştərxan vilayətinin qubernatoru ilə görüşdü

İcra başçısı Həştərxan vilayətinin qubernatoru ilə görüşdü

Abşeron Rayon İcra Hakimiyyətində Həştərxan vilayətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdən əvvəl Abşeron RİH başçısı Abdin Fərzəliyev, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və onun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə çiçəklər qoyulub. Dünya şöhrətli müğənni, xalq artisti Müslüm Moqamayevin də xatirəsi anılaraq abidəsi önünə çiçəklər düzülüb.

RİH binasında baş tutan işgüzar görüşdə Abdin Fərzəliyəv qonaqları Xırdalan şəhərində salamlamaqdan məmnunluğunu ifadə edərək Abşeron rayonu, onun tarixi, memarlığı, yerləşdiyi coğrafi mövqeyi, təbii sərvətləri, turizm və iqisadi imkanları barəsində ətraflı məlumat verib. Həştərxanlı investorları Abşerona dəvət edən Abdin Fərzəliyev onlar üçün lazimi imkanların yaradılacağını qeyd etmiş, rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq obyektləri və onların istehsal etdiyi məhsullar haqqında danışıb.

Abşeronla Həştərxan vilayəti arasında əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğunu vurğulayan RİH başçısı rayon ərazisində yeni-yeni iş yerlərinin açıldığını və sahibkarlığın, eləcə də investisiya mühitinin inkişaf etdirildiyini qonaqların diqqətinə çatdırıb.

Öz növbəsində İqor Babuşkin göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək Abşeron rayonu ilə Həştərxan vilayəti arasında çoxlu ortaq cəhədlərin olduğunu və əməkdaşlıq üçün böyük imkanların mövcudluğunu qeyd edib. tmişdir.