Xəbər Lenti
Dün, 17:52
Salim bin Məhəmməd əl-Malik: “Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir”
10-05-2024, 09:26
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər
9-05-2024, 09:59
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
9-05-2024, 09:47
Baş nazir: “Bakı və Ankaranın birgə layihələri Avropa ilə Asiya arasında dəhlizin yaradılmasında rol oynayır”
9-05-2024, 09:39
DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib
02 May 12:31Manşet / İqtisadiyyat
Tibb işçilərinin güzəştli ipoteka ala bilməsi üçün təkliflər hazırlanıb
Agentlik tibb işçilərinə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı təklif hazırlayıb.
Agentlik tibb işçilərinə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı təklif hazırlayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əlavə edilməsi ilə bağlı təklif hazırlayıb. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na təklif olunan dəyişikliklər tibb işçilərinin mənzilə olan tələbatının ödənilməsi və onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin sözlərinə görə, təklifdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni zamanda gənc ailənin üzvü olmayan tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli sürülüb.
Təklif artıq aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim olunub. Sənəd qəbul olunduğu təqdirdə dövlət orqanlarının (qurumlarının) nəzdindəki tibb müəssisələrində çalışan həkimlər, orta və kiçik tibb işçiləri (tibb müəssisəsinin rəhbəri istisna olmaqla) güzəştli ipoteka kreditindən yararlanmaq imkanı əldə edəcəklər.