Xəbər Lenti
21-09-2026, 11:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
20-09-2026, 13:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
05 May 16:45Manşet / İqtisadiyyat
Keyfiyyət infrastrukturu sahəsində dövlət-özəl tərəfdaşlığı genişlənir
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumda tərəflər arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, metrologiya, akkreditasiya və ümumilikdə keyfiyyət infrastrukturu sahəsində işlərin təşkili və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur.
Sənəddə, həmçinin əməkdaşlıq çərçivəsində araşdırma və tədqiqatlar yolu ilə yeni texniki normativ sənədlərin işlənib hazırlanması, onların beynəlxalq standartlara və yerli tələbata uyğunlaşdırılması məsələləri də əksini tapıb.
Keyfiyyət infrastrukturu sahəsinə marağın və məsuliyyətin artırılması məqsədilə keyfiyyət üzrə “Milli Mükafat”ın təsis edilməsi və qabaqcıl müəssisələrin mükafatlandırılması da sənəddə qeyd olunub.























































