Xəbər Lenti
Dün, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 11:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 09:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 07:51
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 07:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 12:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
18 May 16:13Manşet / İqtisadiyyat
KOBİA Azərbaycan-Litva Biznes Forumu çərçivəsində memorandum imzalayıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Litva Respublikasının Prezidenti cənab Gitanas Nausedanın iştirakı ilə Bakıda Azərbaycan-Litva Biznes Forumu keçirilib.
KOBİA-dan verilən məlumata görə, tədbir çərçivəsində ölkələrimiz arasında bir sıra sənədlər, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Litvanın Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və assosiasiyanın baş direktoru Gedre Rajiskinee imzalayıblar.
Memorandumda hər iki ölkənin kiçik və orta müəssisələri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi, sahibkarlıq sahəsindəki yeniliklər barədə qarşılıqlı məlumatlandırma, KOB-lara xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi üçün seminarların, sərgilərin və digər təşviqat tədbirlərinin təşkili və s. məsələlər nəzərdə tutulur.























































