Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

20 May 15:15Manşet / Mədəniyyət

Şuşada “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Şuşada “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində 2022-ci il sentyabr ayının 18-19-da “MƏDƏNİYYƏTİN İQTİSADİYYATI: ŞUŞADAN İNKİŞAF İMPULSLARI” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.

Təşkilat Komitəsindən verilən məlumata görə, konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcəkdir:

- Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı;
- Şuşada kreativ iqtisadiyyatın formalaşdırılması.
Təqdim olunmuş məruzələrin arasından Təşkilat komitəsi tərəfindən seçilmiş iştirakçılar Konfransa ayrıca dəvət alacaqlar.
Məruzələr Azərbaycan (türk), rus və ingilis dillərinin birində elektron formada təqdim olunmalı və aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:
Microsoft Word (A4) formatında, Times New Roman şriftilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,15; kənardan məsafələr: soldan - 3 sm, sağdan - 1 sm, yuxarı və aşağıdan - 2 sm).
Məruzənin həcmi 15 000-20 000 işarə arasında;
Məruzənin adı 12 şriftlə, böyük hərflərlə, tünd (bold);
Müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı (tam açıq şəkildə), 12 şriftlə;
Müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi – 11 şriftlə, yeni sətirdə;
Xülasə – 11 şriftlə, maksimum 1 000 işarə.
Məruzə mətninin strukturu aşağıdakı kimi tövsiyə olunur:
Problemin qoyuluşu
Təhlil və qiymətləndirmə
Nəticə
Ədəbiyyat siyahısı (əlifba sırası ilə) 11- sriftlə

Məruzələr elektron formada 18 avqust 2022-ci il tarixinə kimi Təşkilat komitəsinin məsul katibi i.e.d. R.Sabirə ([email protected] ünvanına) göndərilməlidir.