Xəbər Lenti
Dün, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
DİM dövlət qulluğuna və rezidenturaya qəbul imtahanları keçirir
Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il iyunun 19-da dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, inzibati rəhbər vəzifələrə aid olan AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilir.
Imtahanlar saat 11:00-da başlayır.
DİN saxlanan şəxsin bölmədə ölməsi ilə bağlı məlumat yayıb
Məktəblərin maddi-texniki bazasından dərsdənkənar istifadə üçün 151 müqavilə imzalanıb
Şəxslərdən qanunsuz orqan götürülməsinə görə cəzalar tətbiq olunacaq
İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
Dövlət qulluğuna qəbul imtahanında iştirak etmək üçün BA qrupu üzrə 582, BB qrupu üzrə 1544 olmaqla, ümumilikdə 2126 namizəd qeydiyyatdan keçib.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanında iştirak etmək üçün AC qrupu üzrə 6, BA qrupu üzrə 56, BB qrupu üzrə 156 olmaqla, ümumilikdə 218 namizəd qeydiyyatdan keçib.
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) imtahanında isə 1021 namizədin iştirakı nəzərdə tutulub. Onlardan 795 nəfər Azərbaycan, 226 nəfər isə rus bölməsi üzrə imtahan verir. Ərizə verənlərin 447 nəfəri oğlan, 574 nəfəri isə qızdır. 558 nəfər cari ilin, 463 nəfər əvvəlki illərin məzunudur. 8 nəfər xarici ölkə vətəndaşıdır.






















































