Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
DYP-dən yükdaşıma ilə məşğul olanlara - Çağırış
"Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir".
Bu barədə DYP-nin yaydığı məlumatda deyilir.
"Qeyd olunanlar, habelə yay mövsümündə ağırçəkili avtomobillərin hərəkəti nəticəsində asfalt örtüklü yolların deformasiyaya uğrama ehtimalının artması nəzərə alınaraq, belə halların qarşısının alınması məqsədilə DİN-in Baş DYP İdarəsi yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş, kütlə hədlərindən artıq olmamalı və mümkün qədər günün nisbətən sərin vaxtlarında daşınmalıdır.
Həmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхslər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər", - məlumatda bildirilib.