Xəbər Lenti
Bugün, 13:36
Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir.
İyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası keçirilib. Qeyd edək ki, BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir surətli urbanizasiyanın yaratdığı problemlərə həsr olunmuş Ümumdünya Şəhər Forumu keçirilir. Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası iyunun 30-dək davam edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyaya videoformatda qoşularaq çıxış etmişdir.
Çıxışında Prezident İlham Əliyev, Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıtdığını, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirdiyini, Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silindiyini, Ağdam şəhərinin dağıdıldığını, əcnəbi mütəxəssislərin bu şəhərin “Qafqazın Hiroşiması” adlandırdığlarını, Füzuli şəhərinin işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilmədiklərini, xarici diplomatların, jurnalistlərin və beynəlxalq QHT-lərin nümayəndələrinin azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahidi olduqlarını və dağıntıların tam miqyasını sənədləşdirdiklərini söyləmişdir.
Hazırda ölkəmizdə şəhərsalma mövzusunda illik əsasda konfransın keçirilməsi ilə bağlı Azərbaycan ilə UN-HABITAT arasında məsləhətləşmələr aparılır. İlk konfransın bu ilin payızında Ağdam şəhərində keçirilməsi nəzərdə tutulur.
Hal- hazırda işğaldan azad olunmuş torpağlarımızda yenidənqurma işləri aparılır. Ərazilər minalardan təmizlənir. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir. Bu gün məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir. Azərbaycan işğaldan azad olunmuş şəhərində hava limanları inşa edib. Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Qarabağ bölgəsi sənaye mərkəzinə çevriləcəkdir.
Azərbaycan hər sahədə təkmil təcrübəsi ilə dünyaya nümunədir. Hazırda böyük fəxr və inamla qeyd etdiyimiz reallıqlardan biri budur ki, nəinki paytaxt Bakımız, həmçinin bütün bölgələrimiz. O, cümlədən 28 ildən sonra azadlığına qovuşmuş torpaqlarımız dünyanın diqqətindədir. Azad Qarabağımız, azad Şuşamız beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunursa, bu, ölkəmizin iqtisadi qüdrətinin, həmçinin sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirməsinin nəticəsidir. Qarabağın tacı Şuşa diplomatik mərkəz olmaqla yanaşı, iqtisadi mahiyyət daşıyan tədbirlərin keçirilməsi üçün də əlverişli məkan kimi dəyərləndirilir.
Azərbaycanın əldə etdiyi tərəqqi, eləcə də azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında müzakirələr apardıqlarını söyləmişdir.