Xəbər Lenti
8-10-2026, 14:31
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
Avtomobillərin qeydiyyatı və nömrələrlə bağlı yenilik

Azərbaycanda avtomobillərin qeydiyyatı və dövlət qeydiyyat nişanlarının verilməsi elektron qaydada həyata keçiriləcək.
Bu barədə Prezidentin bu gün Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında imzaladığı əsasnamədə əksini tapıb.
Əsasnaməyə görə, aşağıdakı prosedurların həyata keçirilməsi BDYPİ-nin sistemi vasitəsilə həyata keçiriləcək:
- nəqliyyat vasitələrinin dövlət qeydiyyatının, təkrar dövlət qeydiyyatının aparılması, qeydiyyat şəhadətnamələrinin doldurulması və verilməsi;
- nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi;
- xarici dövlətdə verilmiş və Azərbaycanda istifadə edilən sürücülük vəsiqələri barədə məlumatların sistemə daxil edilməsi;
- nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması barədə məlumatların sistemə daxil edilməsi;
- mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanlarının verilməsi.






















































