Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Xaçmazda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Xaçmaz rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub. Tədbirdə bu il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər, qabaqcıl təhsil işçiləri və şəhid Sərxan Mirzəmmədovun anası - hazırda Hacıisaoba kənd ibtidai məktəbində pedaqoji fəaliyyətini davam etdirən Bibixanım Mirzəmmədova iştirak edib.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev təhsil işçilərini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Bildirilib ki, ulu öndər Heydər Əliyev, onun layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda təhsilin inkişafına, maddi-texniki bazanın möhkəmləndirilməsinə xüsusi önəm verir.
Ölkəmizdə bacarıqlı pedaqoji kadrların hazırlığına diqqətin artırıldığını qeyd edən Elnur Rzayev Heydər Əliyev Fondu tərəfindən də təhsilin inkişafı sahəsində görülən işləri yüksək dəyərləndirib. Xaçmaz rayonunda yeni məktəb binalarının inşası istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Təhsil işçiləri ölkəmizdə müəllim əməyinə verilən yüksək qiymətdən danışıblar. Göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda bir qrup müəllim, eləcə də şəhid Sərxan Mirzəmmədovun anası Bibixanım Mirzəmmədova Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.