Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Ağsuda Beynəlxalq Müəllimlər Günü qeyd olunub



Ağsuda rayon icra hakimiyyətinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Rayon təhsil şöbəsinin akt zalında təşkil olunan tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan rayon təhsil şöbəsinin müdiri Əlmirzə Məmmədov son illər Ağsuda təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb. Vurğulayıb ki, hazırda rayonda 68 ümumtəhsil, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil ocaqlarında 10 min 150 şagirdin təlim-tərbiyəsi ilə 1100 müəllim məşğul olur.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov tədbirdə çıxış edərək, təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, çətin və şərəfli peşələrində onlara uğurlar arzulayıb. İcra başçısı ölkəmizdə müəllim əməyinə verilən qiymətdən, onlara göstərilən diqqət və qayğıdan danışıb.
Tədbirdə dövlət başçısının Sərəncamı ilə müəllimlər günü ərəfəsində “Əməkdar müəllim” adını alan Daşdəmirbəyli kənd tam orta məktəbin riyaziyyat müəllimi Vəkalət İsayev əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.
Sonda bir qrup müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.





















































