Xəbər Lenti
23-11-2026, 07:48
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 11:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
22 Ekm 17:33Manşet / Mədəniyyət
Rəngləri danışdıran rəssam" adlı fərdi sərgi keçirildi

22.10.2022-ci il Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon MKS-İ və onun şəhər 3 saylı Arvan kitabxana filialı həmyerlimiz istedadlı rəssam,pedaqoq Ehtiram Kərimovun , Rəngləri danışdıran rəssam" adlı fərdi sərgisini keçirdilər.Sərgidə rəssamın 50 çox tablosu ilə yanaşı tələbələrinində rəsm əsərləri nümayiş olunurdu.Tədbirdə rayonun ziyalıları, kitabxanaların əməkdaşları,
oxucuları və başqa qonaqlar iştirak edirdilər. Arvan kitabxanasının filial müdiri Mehriban Məmmədova tədbiri açaraq qonaqlara Ehtiram Kərimovun yaradıcılığı haqqında məlumat verdi.Sonra MKS-nin direktoru Nərmin Xəlilova belə bir tədbir keçirdikləri üçün çox şad olduqlarını,Ehtiram Kərimovun çəkdiyi tabloların hər kəsə böyük zövq verdiyini və belə tədbirlərin davamlı olmasını arzuladı.Sonra çıxış edən Ehtiram Kərimov qonaqları salamlayaraq onun fərdi sərgisinə gəldikləri üçün öz təşəkkürünü bildirdi. Rayon ictimaiyyətinin böyük marağına səbəb olduğu üçün sərgi iki gün davam edəcək.




























































