Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
07 Kas 10:39Manşet
Cəlilabadda Vətən müharibəsi şəhidi Fizuli Həbibinin ev muzeyinin açılışı olub

Şəhidlərin adlarının əbədiləşdirilməsi, xatirələrinin daim yaşadılması dövlətimizin əsas prioritetlərindən biridir. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəman Vətən övladlarının adlarının əbədiləşdirilməsi və xatirələrinin ehtiramla yad olunması Cəlilabad şəhərində də əsas məsələlərdən biridir.
Cəlilabad rayonunda, şəhid Fizuli Həbibi Nizami oğlunun anım günüdə xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev muzeyin açılışı olub.
Muzeyin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, rayon ziyalıları, yerli sakinlər, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.
Açılışda əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın valideynlərinə təşəkkür edilib. Cəmiyyətimizin hər zaman şəhidlərin ailə üzvlərinin yanında olacağı diqqətə çatdırılıb.
Şəhidin atası Nizami Həbibli çıxışında övlad itkisinin çətinliyindən danışıb. Bildirib ki, ağrı və acılarına dövlətin və el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin başlıca səbəblərindəndir. Şəhid atası dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın qayğısını və diqqətini hər zaman hiss etdiklərini söyləyib.Sonra uşaqların ifasında şəhid Fizuli Həbibinin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.
Ev muzeyi ilə tanışlıqdan sonra şəhid Fizuli Həbibinin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.




Qeyd edək ki, Fizuli Həbibi Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.





















































