Xəbər Lenti
Dün, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
Azərbaycanın azad olunmuş ərazilərində "sıfır emissiya" zonası yaradılacaq

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransının bu günü "Dekarbonizasiya Günü" elan edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, aşağı karbon iqtisadiyyatına keçidin təmin edilməsi üçün ən az enerji tələb edən sektorların və şirkətlərin fəaliyyətlərinin sürətləndirilməsi yolları günün müzakirə mövzusu olub.
Davam edən tədbirlər çərçivəsində paralel sessiyalarda beynəlxalq təşkilatların nümayəndələri, eləcə də alternativ enerji sahəsində ixtisaslaşmış biznes strukturlarının rəhbərlikləri ilə müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycanda ümumi enerji istehsalında alternativ enerji payının 2030-cu ilə qədər mövcud 17 faizdən 30 faizədək artırılması hədəflənib. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə 2050-ci ilədək "netto sıfır emissiya" zonasının yaradılması ölkəmizin qlobal dekarbonizasiya səylərinə töhfəsi olacaq.
Günün sonunda Tərəflər Konfransı çərçivəsində xüsusi təşkil olunan tədbirdə ABŞ prezidenti Co Baydenin iştirakçılara müraciəti ünvanlanıb.






















































