Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığı Senatının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına rəsmi səfəri çərçivəsində Kamboca Krallığı Senatının sədri Vibolsena Fikdei Say Çum ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan parlament sədrini səmimiyyətlə salamlayan Say Çum parlamentlərimiz arasında əməkdaşlıqdan məmnunluğunu bildirərək, əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, xüsusilə, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığı qeyd edib. Bildirib ki, Kamboca Qoşulmama Hərəkatı və onun Parlament Şəbəkəsində fəaliyyətə böyük əhəmiyyət verir. O, Azərbaycanın təşəbbüsü ilə Şəbəkənin yaradılmasına və Bakı şəhərində təşkilatın birinci konfransının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfərdən məmnunluğunu ifadə edərək, göstərilən qonaqpərvərliyə, Azərbaycanın ASEAN Parlament Assambleyasına müşahidəçi üzv kimi qəbul olunmasına dəstəyə görə təşəkkür edib. O, səfər çərçivəsində Kambocada keçirdiyi görüşlərin və aparılan danışıqların parlamentlərimiz arasında uğurlu əlaqələri təsdiq etdiyini bildirərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün dostluq qruplarının qarşılıqlı fəaliyyətinin önəmini vurğulayıb.
Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünə uyğun olaraq, Şəbəkənin yaradılması, onun təsis yığıncağı, Bakıda keçirilən birinci konfransı, hazırda təşkilatın institusional inkişafı üçün görülən işlər, qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Sahibə Qafarova Parlament Şəbəkəsinin sədri olaraq bildirib ki, Parlament Şəbəkəsi ASEAN PA da daxil olmaqla digər parlament təşkilatları ilə fəal əlaqə quraraq ümumi hədəflərə töhfə verməyə hazırdır.
Görüşdə Milli Məclisin sədri Azərbaycanın uğurlu inkişafı, ölkəmizin beynəlxalq təşəbbüsləri, 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə ilə torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası, işğal dövründə Ermənistan tərəfindən şəhər və rayonlarımızın, infrastrukturun, tarixi və mədəniyyət abidələrinin tamamilə dağıdılması və talan edilməsi, hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan böyük quruculuq və bərpa işləri haqqında ətraflı məlumat verib.





















































