Xəbər Lenti
Dün, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
Daha 13 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilib

2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı prosesi davam etdirilib.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu gün yaydığı məlumatda deyilir ki, ərazidə aparılmış axtarış tədbirləri nəticəsində aşkar olunmuş Ermənistan hərbçilərinə məxsus 13 cəsəd cari ilin noyabrın 28-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilmişdir.






















































