Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

24 Mrt 00:07Mədəniyyət

Milli-mənəvi dəyərlərimizi tərənnüm edən İçərişəhərin “Bayram qalası” - REPORTAJ

Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən Novruz bayramı günlərində yerli sakinlərin, həmçinin ziyarətçilərin asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədilə ölkəmizdə bayram ovqatlı rəngarəng tədbirlərə start verilib. Bunlardan biri də İçərişəhərdə təşkil olunmuş və matın 26-dək davam edəcək “Bayram qalası” günləridir. “Bayram qalası” günləri çərçivəsində Qoşa Qala meydanında quraşdırılan səhnədə rəngarəng konsert proqramında mahir ifaçılarının çıxışında muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndirilir. Diqqəti çəkən əsas özəlliklərdən biri də bayram günlərində burada təşkil edilən xeyriyyə yarmarkalarıdır. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl, eləcə də kəndirbaz və pəhləvanlar da öz maraqlı çıxışları ilə şənliyə qatılan insanların əhval-ruhiyyəsini xeyli artırır.
Bayram qalası” adlı Novruz şənliyində olub və orada iştirak edənlərin bayram təəssüratlarını öyrənib.
Qardaş ölkədə özünü çox rahat hiss etdiyini bildirən türkiyəli turist Murat Mutaf Azərbaycanı çox sevdiyini deyir:
"Türkiyənin İzmir şəhərindən gəlmişəm. İlk dəfədir ki, Azərbaycandayam. Ölkəniz məndə çox gözəl təəssürat yaratdı. Mətbəxiniz çox dadlı, təbiətiniz isə əsrarəngizdir. Mehriban və qonaqpərvərliyiniz adamda gözəl hisslər yaradır. Bakıda hər yerdə hörmətlə qarşılanırıq. Mənim ölkənizə bağlılığım daha çoxdur, çünki babam əslən Azərbaycanın ən gözəl bölgələrindən olan Şəki şəhərindəndir. Qardaş ölkədə özümüzü çox rahat hiss edirik. Şəhəriniz çox gözəldir, təmizdir. Bu gözəl bayram günlərində qardaş ölkədə olmaqdan çox məmnunuq. Novruz bayramı sizdə təntənəli şəkildə qeyd olunur. Biz də bu əyləncə və şənliklərdə böyük sevgi ilə iştirak edirik”.
Bakının gözəl məkanlarından birində təşkil olunmuş bu Novruz şənliyinə əcnəbi qonaqlar da tez-tez üz tutur. Onlar burda alış-veriş edir və maraqlı gün keçirirlər. Bu səbəbdən bayram günlərində ölkəmizi ziyarət edən əcnəbi qonaqların da fikirləri maraqlı idi.
Novruz bayramında şənlik həyəcanını yaşamaq üçün Bakıya gəldiklərindən çox məmnun olduğunu söyləyən rusiyalı turist Sabina Taqiyeva deyir:
“Buraya Rusiyanın Kazan şəhərindən gəlmişik. İlk dəfədir ki, Azərbaycandayıq. Əsrarəngiz şəhəriniz və gözəl təbiəti olan ölkəniz var. Mətbəxiniz çox dadlıdır, insan yedikcə dadından doymur. İnsanlarınız mehriban və qonaqpərvərdir. Hazırda Azərbaycanda Novruz bayramı qeyd olunur. Bakının demək olar ki, əksər yerlərində bayram şənlikləri təşkil edilib. Bunun sayəsində də çox əylənirik.. Bizim buraya gəlməyimiz bu şənliklərin keçirilməsinə təsadüf etdiyi üçün bundan çox məmnunuq və əyləncəli günlər yaşayırıq. Bayram şirniyyatını daddıq, şirniyyatınızı da çox sevdik. Bu xoş günləri bizə yaşatdığınız üçün dövlətinizə, millətinizə təşəkkürümüzü bildiririk, həmçinin Novruz bayramınızı səmimi qəlbdən təbrik edirik”.
Burada olarkən bir daha müşahidə edirəm ki, ziyarətçilər arasında bayram əhval-ruhiyyəsi olduqca yüksək səviyyədədir.
"Bayram qalası" adlı Novruz şənliyində və xeyriyyə yarmarkasında iştirak etməkdən məmnunluğunu bildirən digər türkiyəli qonaq Ozan Karatepe qardaş ölkədə özünü öz vətənindəki kimi hiss etdiyini vurğulayır:
Türkiyənin Bursa şəhərindən ölkənizə tələbə olaraq təhsil almaq üçün gəldim. Bakını çox sevdim, gözəl ölkəniz var. Novruz bayramının keçirilməsinin şahidi olmaq da bizə nəsib oldu. Şəhərinizin hər yerində bu bayram təntənəli şəkildə qeyd olunur. Yaxın vaxtlarda Formula-1 yarışları da burada şahidi olacağıq. Bu yarışları da səbirsizliklə gözləyirik. Mən burada özümü yad bir yerdə deyil, öz vətənimdəki kimi rahat hiss edirəm. İnsanlarınız gülərüz və çox mehribandırlar. Azərbaycanın hər yerində çox isti qarşılanırıq. Türkiyədə zəlzələ zamanı Azərbaycanın böyük dəstəyini hiss etdik. Nə yaxşı ki, varsınız, nə yaxşı ki, qardaş ölkə kimi həmişə bir yerdəyik".
Qeyd edək ki, altı gündür davam edən "Bayram qalası” adlı Novruz şənliyi həmçinin xeyriyyə məqsədi ilə təşkil olunub. Belə ki, İçərişəhərdə təşkil olunan bu şənlikdə xeyriyyə yarmarkaları da fəaliyyət göstərir. Burada olan yarmarka sponsorlarının maliyyə dəstəyi və şənlik ərazisində qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək.
Burada olarkən ölkəmizin bir sıra məşhur simaları ilə qarşılaşıram. Onlardan biri də rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyə Xələfovadır. Novruz bayramına aid hər bir ənənənin gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışan rəssam-modelyer xalqımızın öz milli-mənəvi dəyərlərinə bağlı olduğunu deyir:
"Novruz bayramı Azərbaycan xalqının ən qədim və sevimli bayramlarından biridir. Azərbaycan xalqı əsrlər boyu bu adət-ənənələri günümüzə qədər qoruyub saxlaya bilib. Bu eyni zamanda baharın gəlişi, təbiətin oyanışıdır. Burada müşahidə olunan yüksək əhval-ruhiyyə, Novruz bayramının əlvan rəngləri, əsrarəngiz təamları və insanların həmrəyliyi xoş təəssüratlar yaradır. Gördüyümüz kimi İçərişəhərdə “Bayram qalası” adlı təntənəli Novruz şənliyi təşkil olunub. Bu gözəlliyi hiss edə bilmək üçün hər il burada təşkil olan şənliklərdə iştirak edirəm. Burada olan yüksək əhval-ruhiyyə hər bir soydaşımız, həmçinin ölkəmizi ziyarət edən turistlər üçün gözəl bir fürsət və ərməğandır. Burada şən, mehriban ailələri görmək çox sevindiricidir. İnsanlar şənliyə ailəvi gələrək Novruz bayramını qeyd edirlər. Azərbaycan xalqı ailə dəyərlərinə önəm verən xalqdır. Millət olaraq bu bizim ən öndə olan milli-mənəvi dəyərlərimizdəndir. Burada təşkil olunan şənlik, coşqulu musiqilər, müxtəlif taamlar təklif edən yarmarkalar, əl işlərindən ibarət sərgilər və başqa digər özəlliklər xüsusi əhəmiyyət kəsb edir, eyni zamanda insanlarda bayram əhvalını artırır. Novruz şənlikləri ölkəmizin müxtəlif yerlərində təntənəli şəkildə qeyd olunmaqdadır. Novruz bayramına aid hər bir ənənənin dərin fəlsəfi dəyəri var. Bu dəyərləri gələcək nəsillərə ötürmək xüsusən vacibdir. Bu bayram həm də nağılvari bir bayramdır. Bunu biz bəzi filmlərimizdə də müşahidə edə bilərik. Papaq atmaq, qapı pusmaq və üzük falını xüsusən qeyd etmək olar. Bu bizim Novruz bayramı ilə bağlı günümüzə qədər gəlib çatan qədim adət-ənənələrimizdəndir".
Burada yığılan bütün ianələrin xeyriyyə məqsədilə xərclənəcəyini bildirən müğənni Əbdül Xalid bayram münasibətilə xoş arzularını dilə gətirərək, xalqımıza davamlı xoş günlər arzulayır:
İçərişəhərdə təşkil edilən şənlikdə insanların əhval-ruhiyyəsi yüksək səviyyədədir. Xalqımıza bayram çox yaraşır. Burada yığılan bütün ianələr “YAŞAT” Fonduna yönləndirilərək, xeyriyyə məqsədilə xərclənəcək. Bununla qürur duyuruq. Mən bütün Azərbaycanı qədim ənənələri özündə birləşdirən bu gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Xalqımıza hər zaman sülh, firavanlıq, əmin-amanlıq arzu edirəm. Biz qalib xalqın övladlarıyıq. Arzum budur ki, 2023-cü il bizə daha düşərli, uğurlu bir il olsun”.
İçərişəhərdəki Novruz şənliyini bahar nağılı kimi təsvir edənlərdən biri də Bakı sakini Fəridə Əhmədovadır. Novruz şənliyinin İçərişəhərdə bu cür gözəl şəkildə təşkil edildiyini deyən həmsöhbətim belə bir gözəl ölkənin vətəndaşı olduğu üçün fəxr etdiyini bildirir:
Bu gün ölkəmizdə Novruz bayramı qeyd olunur. Bu gözəl bayramın daha maraqlı, yaddaqalan olması üçün hamımız ailəvi İçərişəhərə gəlmişik. Gördüyünüz kimi burada hamı gözəl anlar yaşayır və özünü xoşbəxt hiss edir. İçərişəhərdə demək olar ki, əsl bayram ab-havası hökm sürür və Novruz çox təntənəli şəkildə keçirilir. Xalqımız hər zaman Novruz bayramını adət-ənənəyə uyğun şəkildə qeyd edib. Çünki bu bayramın mənası bundadır. Doğma torpaqlarımızın azad olunmasından sonra bu bayram daha da coşqu və əyləncəli şəkildə keçirilir. Belə bir gözəl ölkənin vətəndaşı olduğum üçün fəxr edirəm. Ölkəmizdə hazırda əmin-amanlıqdır, bunun da sayəsində bayramlarımızı daha da xoşbəxt və firavan şəkildə qeyd edirik. Xalqımızın bayramını təbrik edirəm".
Eşitdiklərim, gördüklərim məni olduqca məmnun edir. İnsanlar hər zamankı kimi bayram günlərində də həmrəy olaraq ailəvi şəkildə Novruz şənliyinə gələrək həm əyləncəli vaxt keçirirlər, həmçinin burada olan xeyriyyə aksiyasına öz töhfələrini verirlər. Deməli hamılıqla mərhəmətli olmağa, eyni zamanda xeyirxah təşəbbüslərə dəstək göstərməyə çalışırıq. Bu olduqca qürurvericidir.
44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza atmış bir ölkənin vətəndaşı olmasından qürur duyduğunu söyləyən digər Bakı sakini Könül Səfərova isə insanları xoşbəxt gördüyü üçün sevincli olduğundu dilə gətirir:
Bu il ölkəmizdə Novruz bayramı yüksək səviyyədə təşkil olunub. Bu da bizi sevindirir. Ailəvi olaraq İçərişəhərə gəlmişik, hamı əylənir, insanlar sevinc içindədir. Keçən illərə nisbətən ildən-ilə bahar bayramımız daha şən keçir. Bakının hər yerində əyləncəli Novruz bayramı şənlikləri təşkil edilir. İnsanları şən və xoşbəxt görmək gözəl təəssüratlar yaradır. Güclü dövlətin vətəndaşı olduğum üçün qürur duyuram. Ölkəmizin zamanla daha da çiçəkləndiyini, gücləndiyini görmək insana qürurverici hisslər yaşadır".
Kimə yaxınlaşıramsa məni böyük sevinclə qarşılayır, elə bil ən doğma, yaxın adamlarla görüşürəm. Sanki təmtəraqla qeyd etdiyimiz bahar bayramı insanları bir-birinə daha da doğmalaşdırıb...
Novruz bayramı ilə bağlı adət-ənənələrimizin gələcək nəsillərə də ötürülməsinin vacibliyindən danışan digər həmsöhbətim psixoloq Nərgiz Əliyeva qeyd edir ki, bu bayram xalqımız üçün ən önəmli bayramlardandır:
"Novruz bayramını qeyd etmək üçün İçərişəhərə gəldik. Burada hər şey yüksək səviyyədə təşkil olunub. Bayram şənliyi, kəndirbazlar, Novruz tonqalı, xeyriyyə yarmarkaları və digər bu kimi özəlliklər insanın əhval-ruhiyyəsini artırır. Hazırda bayram tonqalının ətrafına yığışmışıq və tonqalın qalanması insanı uşaqlıq xatirələrinə qaytarır. Nə yaxşı ki, Novruz bayramı ölkəmizdə belə yüksək səviyyədə keçirilir. Əvvəlki illərə nisbətən ildən-ilə ölkəmizdə bayramlar daha təntənəli və coşqu ilə qeyd olunur. Çox istərdim ki, Novruz bayramına xas olan adət-ənənələrimiz unudulmasın və gələcək nəsillərə də ötürülsün".
İçərişəhərdəki bayram şənliyində müasirliklə milliliyin vəhdətinin xoş təəssürat yaratdığını vurğulayan digər həmsöhbətim Yetər Kərimli isə bu il ölkəmizdə keçirilən Novruz bayramının fərqli və müasir formatda olduğunu qeyd edir. O deyir:
çərişəhərdə təşkil olunan ənənəvi milli Novruz şousu, pəhləvanlar, kəndirbazlar, həmçinin Novruz atributları olan Kosa və Keçəlin oyunları şənliyə gələnlərə bayram əhvalı bəxş edır. Bunları İçərişəhərdə izləmək çox maraqlıdır. Bayram şənliyində müasirliklə milliliyin vəhdəti xoş təəssürat yaradır. Bir tərəfdə xeyriyyə məqsədi daşıyan müasir brendlərin satışı və əl işlərindən ibarət sərgilər, digər tərəfdə isə kəndirbaz, eləcə də Kosa və Keçəlin oyunları bayram həyəcanını xeyli artırır. Hətta qalanmış tonqalları da qeyd etmək olar. Bulvarda da həyəcan dolu bayram ab-havası hökm sürür. Orada da möhtəşəm musiqi şousu, qalanmış tonqallar insana əyləncəli anlar yaşatmış olur. Qədim adət-ənənələrinə sadiq qalan bir millət olaraq biz, Novruz bayramını hər zaman yüksək səviyyədə qeyd etmişik. Çünki bu bayram bizim kökümüzə və milli-mənəvi dəyərlərimizə çox yaxındır. Novruz bayramında doğmalıq və istilik var. Təbiət oyanır və insanların daxilində də yenilənmə, çiçəklənmə baş verir. Xalqımızı bu gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Ruzi-bərəkət və xoş günlər arzulayıram".
çərişəhərdə təşkil olunan ənənəvi milli Novruz şousu, pəhləvanlar, kəndirbazlar, həmçinin Novruz atributları olan Kosa və Keçəlin oyunları şənliyə gələnlərə bayram əhvalı bəxş edır. Bunları İçərişəhərdə izləmək çox maraqlıdır. Bayram şənliyində müasirliklə milliliyin vəhdəti xoş təəssürat yaradır. Bir tərəfdə xeyriyyə məqsədi daşıyan müasir brendlərin satışı və əl işlərindən ibarət sərgilər, digər tərəfdə isə kəndirbaz, eləcə də Kosa və Keçəlin oyunları bayram həyəcanını xeyli artırır. Hətta qalanmış tonqalları da qeyd etmək olar. Bulvarda da həyəcan dolu bayram ab-havası hökm sürür. Orada da möhtəşəm musiqi şousu, qalanmış tonqallar insana əyləncəli anlar yaşatmış olur. Qədim adət-ənənələrinə sadiq qalan bir millət olaraq biz, Novruz bayramını hər zaman yüksək səviyyədə qeyd etmişik. Çünki bu bayram bizim kökümüzə və milli-mənəvi dəyərlərimizə çox yaxındır. Novruz bayramında doğmalıq və istilik var. Təbiət oyanır və insanların daxilində də yenilənmə, çiçəklənmə baş verir. Xalqımızı bu gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Ruzi-bərəkət və xoş günlər arzulayıram".