Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
02 Ara 15:40Mədəniyyət
Özbəkistan teatrının aktyorları Bakıda coşqu ilə qarşılanıblar
Dekabrın 1-dən Özbəkistan Respublikasının Səmərqənd Vilayətinin Kattakurqon Şəhər Dram Teatrının yaradıcı heyəti Bakıda qastrol səfərindədir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyi və teatrın əməkdaşları özbək teatrının yaradıcı heyətini böyük coşqu ilə qarşılayıblar.
Səmimi qarşılanma mərasimində teatrın balet truppasının ifasında bir-birindən maraqlı rəqs nömrələri nümayiş etdirilib, qonaqlar özbək və Azərbaycan mahnılarının sədaları altında rəqsə dəvət ediliblər.
Bu barədə AZƏRTAC-a Akademik Musiqili Teatrından məlumat verilib.
Qeyd edilib ki, səfərdən məmnun olduqlarını vurğulayan qonaqlar, teatrın inzibati binası ilə tanış olublar, məşq proseslərini izləyiblər.
Onlar bu gün saat 19:00-da Azərbaycanın klassik səhnə əsəri “Qayınana” (M.Şamxalov) komediyasını özbək dilində nümayiş etdirəcəklər.
Tamaşa dekabrın 4-ü və 5- də saat 19:00-da təkrar göstəriləcək.
Xatırladaq ki, bu ilin yayında Akademik Musiqili Teatrın quruluşçu rejissoru Əsgər Əsgərov Avrasiya Teatr Birliyinın dəvəti ilə Özbəkistana, məhz bu tamaşaya quruluş vermək üçün Kattakurqon teatrına dəvət olunmuşdu.
Avqust ayında isə Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevin Özbəkistana səfəri zamanı teatr sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi haqqında hər iki ölkə teatrları arasında memorandum imzalanıb.
Rejissor Əsgər Əsgərovun quruluşunda, özbək teatrının repertuarında təqdim olunacaq “Qaynana” tamaşasında Cənnət obrazını Özbəkistanın Əməkdar artisti, “Dostluq” ordenli Gülbahar Məmmədova ifa edəcək.
Tamaşanın rəssamı Bəhram Safoyev, musiqi tərtibatçısı Sevda Əliyeva, rejissor assistenti Feruzbek Abdurayimovdur.