Xəbər Lenti
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 11:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 09:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 07:51
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 07:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 12:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
15 Ara 22:44Mədəniyyət
Xalq artisti Emin Ağalarov Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib
Musiqidə özünəməxsus dəst-xəti olan Emin Ağalarov dünyaşöhrətli Frenk Sinatra, Elvis Presli və müəllimi saydığı Müslüm Maqomayev kimi dühalardan ilhamlanaraq bu sənətə gəlib. 2006-cı ildə onun “Still” adlı ingiliscə ilk albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda, həmçinin onun öz bəstələri yer alıb. Daha sonra Emin “İncredible”, dünya musiqi sənətinin əfsanələrindən olan E.Presli və F.Sinatranın mahnılarından ibarət “Obsession”, həmçinin “Devotion” albomlarını buraxıb. Bu albomlar ifaçıya böyük şöhrət qazandırıb. Bütün bunlarla yanaşı Emin Ağalarov tez-tez dünyanın bir çox şəhərlərində konsert proqramları ilə çıxışlar edir. Onun növbəti konserti isə doğma vətəni Bakıda təşkil olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti Emin Ağalarov ənənəvi qış konsertini pərəstişkarlarına təqdim edib.
Konsertdə müğənni sevilən ritmik kompozisiyaları və dillər əzbəri olan hitləri ilə tamaşaçıların qarşısına çıxıb.
Qeyd edək ki, müğənninin növbəti konserti sabah da eyni məkanda təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, dekabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti Emin Ağalarov ənənəvi qış konsertini pərəstişkarlarına təqdim edib.
Konsertdə müğənni sevilən ritmik kompozisiyaları və dillər əzbəri olan hitləri ilə tamaşaçıların qarşısına çıxıb.
Qeyd edək ki, müğənninin növbəti konserti sabah da eyni məkanda təşkil olunacaq.























































