Xəbər Lenti
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 11:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 09:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
26 Ara 14:49Mədəniyyət
“Qarabağın dünəni, bu günü, sabahı”: Şuşa Zəfəri
“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihəyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, layihənin son təqdimatı dillərdə dastan olan Şuşa Zəfərinə həsr edilib.
1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən Şuşanın işğalı nəticəsində yüzlərlə günahsız vətəndaş qətlə yetirilib, yaralanıb və minlərlə insan öz yurdundan didərgin düşüb.
İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan olunmuş və məhv edilmişdir.
Azərbaycan xalqı 30 ilə yaxın müddətdə 8 may tarixini Şuşanın işğalı günü kimi qeyd edib. Bu işğal günündə hər zaman şəhidlərimiz anılıb, insanlarımızın başına gətirilən müsibətlərin unudulmamasının vacibliyi aşılanıb.
2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları elə Şuşanın azad olunması ilə sonlandırıldı. Şuşa azad olunan kimi Ermənistan təslim olmaq məcburiyyətində qalaraq, üçtərəfli Bəyanatı imzalamağa razılaşdı.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi.
Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan sayılır.
Beləliklə, Şuşanın azad edildiyi tarix – 8 Noyabr Azərbaycanda Zəfər günü elan edildi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin