Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
15 Ock 15:41Mədəniyyət
Əli Nurun 75 illik yubileyi qeyd olunub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Əli Nurun 75 illik yubileyinə həsr edilən “Ölülər” tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək görkəmli sənətkarı yubileyi münasibətilə təbrik edib, onun səhnə fəaliyyəti haqqında danışıb.
Əli Nura Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının təbrik məktubu və Azərbaycan Teatr Xadimləri İttifaqının medalı təqdim olunub.
Qeyd olunub ki, sənətkar Akademik Dram Teatrının səhnəsində bir-birindən maraqlı obrazlar yaradıb. Əli Nurun sənəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, bir sıra mükafatlarla təltif edilib.
Yubilyar yaradıcılığına göstərilən diqqət üçün təşəkkürünü bildirib.
Daha sonra tamaşa nümayiş olunub.
Azər Paşa Nemətovun quruluşçu rejissoru olduğu tamaşada görkəmli bəstəkar Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olub.
Tamaşada digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur və digərləri məharətlə canlandırıblar.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə təqdim edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə biliblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin