Xəbər Lenti
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
4-10-2026, 09:16
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
3-10-2026, 18:23
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
3-10-2026, 10:06
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
2-10-2026, 15:31
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
03 Mrt 16:39Mədəniyyət
Azərbaycanın tanınmış ifaçıları Brüsseldə konsert proqramı ilə çıxış ediblər
Ölkəmizin mədəniyyətinin xarici ölkələrdə tanıdılması məqsədilə Azərbaycanın Belçika Krallığındakı səfirliyi mədəni diplomatiya fəaliyyəti vasitəsilə müxtəlif tədbirlər keçirməyə davam edir.
AZƏRTAC xəbər verir ki, bu dəfə Brüsselin “Wolubilis” Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” qrupunun və Əməkdar artist Emil Əfrasiyabın “Təəssürat” adlı konserti təşkil edilib. Konsertdə virtuoz musiqiçilərimizin ifasında Azərbaycanın rəqs havaları, xalq və bəstəkar mahnıları, dünya bəstəkarlarının tanınmış əsərləri etno-caz üslubunda ifa olunub.
Açılış nitqi ilə çıxış etmiş səfirliyin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Talehə Həsənli konsertin iştirakçılarını zəngin və müxtəlif Azərbaycan mədəniyyəti, onun əsas istiqamətlərindən biri olan milli musiqimizin bir zamanlar Qobustan daşlarında ifa olunmasından, aşıq havalarına, muğam təsniflərinə, milli klassik musiqi və operalara, müasir estrada və caz janrına qədər keçdiyi yol haqqında bəhs edib.
Konsertdə iştirak etmiş diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın dövlət qurumlarının, mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və digərləri tərəfindən musiqiçilərimizin ifası böyük maraqla və alqışlarla qarşılandı. Yerli KİV-lər Ənvər Sadıqov və Emil Əfrasiyabdan müsahibə aldılar.