Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur"
Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə ənənəvi dostluq münasibəti mövcuddur.
Azərbaycanın Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Yəhudi Təşkilatlarının Koalisiyasının (YTK) nümayəndələri ilə görüşündə deyib.
Görüş zamanı, ABŞ-da yerləşən yəhudi təşkilatları ilə əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri və yeni əməkdaşlıq imkanları, eləcə də bölgəmizdə cari vəziyyət müzakirə olunub.
C.Bayramov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə ənənəvi dostluq münasibətinin mövcudluğunu vurğulayaraq, ölkəmizin bu əlaqələrin daha da gücləndirilməsi və yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb. Eyni zamanda, Azərbaycanın Amerika yəhudi təşkilatları ilə əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub və Azərbaycan yəhudi icmasının illər boyu ölkəmizdə sülh şəraitində dinc yanaşı yaşadığı və yaxından cəmiyyətimizə inteqrasiya olunduğu qeyd edilib.
Nazir, həmçinin Azərbaycanda tolerantlıq və multikulturalizmin tarixən mövcud olduğunu, müxtəlif konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində ölkəmizdə dinc yanaşı yaşadığını, çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini və konfessional rəngarəngliyin ölkəmizin sosial həyatında xüsusi yer tutduğunu qeyd edib.
C.Bayramov YTK-nın nümayəndələrini regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror tədbirləri barədə məlumatlandırıb və bunları şərtləndirən amilləri diqqətə çatdıraraq, YTK-nın regionumuzdakı həqiqətlərin Amerika ictimaiyyətinə çatdırılmasındakı rolunu vurğulayıb.
Görüşdə tərəflər, həmçinin Azərbaycan-ABŞ münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.























































