Menu
Xəbər Lenti
Bakıda kafedə qan töküldü
16-05-2024, 08:47

Bakıda kafedə qan töküldü

TƏBRİK EDİRİK!!!
14-05-2024, 13:20

TƏBRİK EDİRİK!!!

Səmərəli siyasi dialoq
13-05-2024, 08:38

Səmərəli siyasi dialoq

12 Ekm 13:20Siyasət

Şimali Kipr prezidenti Azərbaycana gəlir

Şimali Kipr prezidenti Azərbaycana gəlir

Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar Azərbaycana səfər edəcək. 
Bu barədə "Kıbrıs Postası" yazıb. 
Səfər zamanı onu baş nazir Ünal Üstel müşayiət edəcək. 200 nəfərlik nümayəndə heyəti ilə Bakıya gələn Tatar "Kipr Türk Tanıtım Günü" adlı tədbirdə iştirak edəcək. 
Səfərdən öncə hava limanında açıqlama verən ŞKTR prezidenti Azərbaycanla əlaqələri təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində inkişaf etdirməyi səfərin məqsədləri arasında sadalayıb: "ŞKTR bayrağı Azərbaycanda dalğalanacaq". 
Qeyd edək ki, Kipr adasının şimalında yerləşən ŞKTR məhdud tanınan müstəqil ölkələrdəndir. Belə ki, bu ölkəni hələlik yalnız Türkiyə tanıyır.