Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
21 Ara 14:25Siyasət
Azərbaycan QHT-lərinin dinc aksiya mədəniyyəti tarixə düşəcək
Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası genişlənməkdədir. Aksiyaya geniş ictimai dəstək də var. QHT-lər, ictimai fəallar və ekoloqlar tərəfindən təşkil olunan bu etiraz aksiyası, eyni zamanda, vətəndaş cəmiyyəti təşkilatlarına etimadın yüksəlməsinə, üçüncü sektorun cəmiyyətin vacib institutuna çevrilməsinə imkan yaradacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, aksiya iştirakçısı Cəsarət Hüseynzadə deyib.
O deyib ki, etiraz aksiyası bir neçə vacib elementi özündə ehtiva etdi. Birinci vacib məqam yerli qeyri-hökumət təşkilatlarının milli məsələ ilə bağlı vahid mövqedən çıxış etməsidir ki, həssas dönəmlərdə cəmiyyətin bütün sektorlarının milli mənafeyi ön plana çəkməsi vacibdir. Fakt ondan ibarədir ki, Azərbaycan dövlətinin təbii ehtiyatları olan “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqları qeyri-qanuni olaraq istismar edilir. Azərbaycanın qeyri-hökumət təşkilatlarının müxtəlif mövzularla bağlı fərqli fikir və mülahizələri olsa da, dövlətçilik məsələsində bir daha vahid güc nümayiş etdirməsi dövlət–QHT münasibətlərinin sağlam təməllər üzərində qurulduğun göstərir.
Cəsarət Hüseynzadənin sözlərinə görə, digər vacib məqam ondan ibarətdir ki, Azərbaycan QHT-lərinin etiraz aksiyasının hədəfi təkcə lokal və ya milli hədəfləri özündə birləşdirmir. “Hesab edirəm ki, etiraz aksiyasının əsas məqsədi məhz ekologiya və ətraf mühitə dəyən ziyanın, eyni zamanda, təbii sərvətlərin talan edilməsinin qarşısının alınmasıdır. Bu iki məqam müxtəlif ölkələrdə, həmçinin beynəlxalq miqyasda QHT hərəkatının əsas missiyalarından biridir. Ətraf mühit məsələsi QHT-lər üçün hər zaman prioritet olub. Çünki bu mübarizədə qarşı tərəfdə iqtisadi və böyük biznes maraqları dayanır. İndi də həmin məqam Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni əsilli müxtəlif iş adamlarının əsas məqsədlərindən biridir”, - deyə Cəsarət Hüseynzadə qeyd edib.
C. Hüseynzadə diqqətə çatdırıb ki, Laçın yolunda Azərbaycan QHT-lərinin dinc aksiya mədəniyyəti nümayiş etdirməsi tarixə düşəcək bir nümunə oldu. Tarixdə baş verən belə uzunmüddətli aksiyalar özünü bir çox hallarda radikal məqamlarla büruzə verir. Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin hərəkətləri və şüarları isə humanitar fəaliyyəti təşviq etmək, sülhü və ədaləti, ətraf mühiti qorumaq çağırışları ilə diqqət çəkdilər. Aksiyanın keçirildiyi dövrdə humanitar və mülki hərəkətlərin həyata keçirilməsi üçün yaradılan şərait məhz beynəlxalq səviyyədə təbliğ olunmalı və nümunə göstərilməlidir. Ötən 10 gün ərzində sərt və çətin hava şəraitində QHT nümayəndələrinin, könüllülərin və ictimai fəalların nümayiş etdirdikləri ruh yüksəkliyi, dözümlülük və iradə, sözün həqiqi mənasında, vətəndaş cəmiyyəti təşkilatları təmsilçilərinin milli maraqların qorunmasında, öz fəaliyyətlərində və ideyalarında prinsipial olmalarından xəbər verir.
“Sözsüz ki, bu uğur hekayələrin yaranmasında Azərbaycan dövlətinin QHT-lərə olan dəstəyinin, vətəndaş cəmiyyəti təşkilatlarının tərəfdaş kimi qəbul edilməsinin mühüm rolu var. Hesab edirəm ki, Azərbaycan qeyri–hökumət təşkilatlarının Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyaları ölkəmizdə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətində yeni mərhələnin başlanğıcı olacaq”, - deyə Cəsarət Hüseynzadə bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin