Xəbər Lenti
Dün, 08:53
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
15-05-2024, 09:16
Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”
14-05-2024, 08:38
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14-05-2024, 08:35
Salam verəndə də siqnal, söyüş söyəndə də: Yolların həsrət qaldığı sürücü mədəniyyəti
13-05-2024, 11:18
Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “DÜNYAMIZI YAŞILLAŞDIRAQ” mövzusunda konfrans keçirilib
19 Ock 02:55Siyasət
Yunanıstanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də Yunanıstanın ölkəmizdəki yeni səfiri Kristo Kapodistria ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov səfir Kristo Kapodistrianı təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, enerji, humanitar, təhsil, turizm və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının iclasları çərçivəsində Yunanıstan xarici işlər naziri Nikos Dendias ilə Stokholm və Lodz şəhərlərində görüşünə istinad edərək, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini bildirib. Ötən il oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşünün əhəmiyyətini vurğulayıb.
Nazir Ceyhun Bayramov həmsöhbətinə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi, sülh quruculuğu, Azərbaycan tərəfindən bu istiqamətdə atılan addımlar və irəli sürülən təşəbbüslər, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Ermənistanın sözügedən proseslər çərçivəsində törətdiyi maneələr və qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verib.
Öz növbəsində, Kristo Kapodistria diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan və Yunanıstan arasında geniş əməkdaşlıq potensialının olduğunu qeyd edən səfir K. Kapodistria, ölkələr arasında turizm, enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə edib.
Görüş zamanı, habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.