Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
31 Ock 14:40Siyasət
Prezident İlham Əliyevin Macarıstana səfəri iki ölkə arasında əlaqələrin inkişafına böyük təsir göstərəcək - ŞƏRH
Prezident İlham Əliyevin Macarıstana səfəri iki ölkə arasında əlaqələrin inkişafına böyük təsir göstərəcək. Nəzərə alsaq ki, Macarıstan həm də Avropa İttifaqının və NATO-nun üzvüdür onda bu münasibətlərin əhəmiyyəti artmış olur. Eyni zamanda, Macarıstanın öz tarixi köklərinə qayıdaraq, türk ölkələri ilə əlaqələrin qurulmasında maraqlı olması, gələcəkdə Türk Dövlətlər Təşkilatına üzv olmağı planlaşdırması bu münasibətlərin gələcəkdə daha da yüksələcəyini göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
O qeyd edib ki, Azərbaycanla Macarıstan arasında əsas müzakirə olunan məsələ qaz nəqli sahəsində əməkdaşlıq olub. Hazırda Rusiya – Ukrayna müharibəsinin davam etməsi səbəbindən Avropa qitəsində enerji təhlükəsi məsələsi aktualdır. Qitə ölkələri müxtəlif yollarla problemdən çıxış imkanları axtarırlar. Keçən ilin sonlarında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi Macarıstan daxil 5 Avropa ölkəsinin Azərbaycan qazını idxal etmək imkanlarını artırıb. Azərbaycan qazının Şərqi və Mərkəzi Avropa ölkələrinə çatdırılması həmin ölkələr üçün enerji təhlükəsizliyini təmin etməsi, Azərbaycan üçün də bazarların genişləndirilməsidir.
“Azərbaycanın enerji siyasəti nəqliyyat yollarının şaxələndirilməsi üzərində qurulub ki, bu da indiki zamanda öz bəhrəsini verir. Ölkəmizin sabit və balanslı siyasəti Avropa ölkələri üçün etibarlı tərəfdaşa çevirib. Bunu da dövlətimizin beynəlxalq siyasətinin daha bir uğuru hesab etmək olar. Əlbəttə, bu uğurun memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun Avropada enerji təhlükəsizliyinin və iqtisadi sabitliyinin təmin olunmasında oynadığı rol qitə ölkələrinin diqqətindədir. Ona görə Azərbaycan Prezidentin Avropa İttifaqına daxil olan ölkələrə səfəri zamanı onun şəxsiyyətinin, siyasətinin yüksək qiymətləndirilməsinin dəfələrlə şahidi olmuşuq. Elə bu səfər zamanı da Macarıstan Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında “biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”, - deyə politoloq vurğulayıb.
Yalçın Hacızadə əlavə edib ki, Azərbaycan Macarıstan münasibətləri təkcə enerji sahəsini əhatə etmir. Ümumiyyətlə, Azərbaycan enerji sektoru ilə yanaşı, qeyri-neft sahəsinin də inkişafında və bu istiqamətdə əməkdaşlıqda da maraqlıdır. Elə ona görə də Macarıstanla qurulan münasibətlərimizə siyasi, iqtisadi və digər sahələr də daxildir.