Menu
Xəbər Lenti
Quterreş ona zəng etdi
Bugün, 05:04

Quterreş ona zəng etdi

Zakir Qaralova ağır itki
16-12-2025, 07:03

Zakir Qaralova ağır itki

Beyaz ekranlara qayıdır
16-12-2025, 05:01

Beyaz ekranlara qayıdır

Bakıya sulu qar yağır
14-12-2025, 07:32

Bakıya sulu qar yağır

“Maska”nın aktyoru öldü
13-12-2025, 11:30

“Maska”nın aktyoru öldü

09 Şub 02:54Siyasət

Azərbaycan icmasının üzvləri Haaqadakı Türkiyə səfirliyində olublar

Niderland Krallığındakı Azərbaycan icmasının üzvləri Haaqadakı Türkiyə səfirliyində səfir Səlçuk Unalla görüşərək, Türkiyə dövlətinə, eləcə də qardaş ölkədə baş vermiş dağıdıcı zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib və yaralananların tezliklə sağalmasını diləyiblər.

AZƏRTAC xəbər verir ki, Niderland Krallığındakı Azərbaycan icmasının üzvləri Türkiyənin Haaqadakı səfirliyinin önündə 1979-cu ildə ASALA erməni terror təşkilatı tərəfindən qətlə yetirilmiş şəhid Əhməd Benlerin xatirə abidəsi önünə gül dəstələri və şamlar qoyaraq, dağıdıcı zəlzələdə həlak olanların xatirəsini hörmətlə yad ediblər. Azərbaycanlıların həmişə qardaş türk xalqının yanında olduğunu bildiriblər.

Səfir Selçuk Unal qardaş ölkə Azərbaycanın dəstəyini daima hiss etdiklərini qeyd edib, icma üzvlərinə təşəkkür edib.