Menu
Xəbər Lenti
FHN təlim keçirdi - Video
21-11-2026, 09:03

FHN təlim keçirdi - Video

Prezident rəsmi qarşılandı
21-11-2026, 08:14

Prezident rəsmi qarşılandı

19 Şub 05:13Siyasət

Prezident: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələlərinin müzakirəsi üçün bir neçə platforma var

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinin müzakirəsi üçün bir neçə platforma var.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinin müzakirəsi üçün bizdə bir neçə platforma var. Onlardan biri belə adlandırılan Brüssel formatıdır. Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz prosesə tərəfdar olduğumuzu bir daha təsdiqlədik. Bu gün Dövlət katibi Blinkenin təşkil etdiyi üçtərəfli görüşdə də biz Brüssel prosesini üçtərəfli format kimi müzakirə etdik. Fikrimcə, hamı başa düşür ki, bu, yalnız Aİ, Azərbaycan və Ermənistanın daxil olduğu üçtərəfli formatdır”.