Xəbər Lenti
Bugün, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
26 Şub 20:00Siyasət
Prezident: Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələri ən prioritet sahələrdən biridir
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Xocalı soyqırımına həsr edilən videoçarx nümayiş olunub.
Anım mərasimində çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücumu zamanı dinc əhalinin başına gətirdikləri işgəncələrdən və törədilən cinayətlərdən danışıblar.
Qeyd olunub ki, Xocalı soyqırımına ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilib. Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində dünyanın bir çox ölkə və şəhərlərində XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsinin soyqırımı aktı kimi tanındığı da xüsusi vurğulanıb.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu döyüş meydanında Xocalı qurbanlarının və bütün şəhidlərimizin qisasını alıb.