Sədr müavini: "Məhsul festivallarında qiymətləri dövlət tərəfindən tənzimləmək çətindir"
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının Qurultayı keçirilib.
70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
Bonn görüşlərində gərgin müzakirə: İki gündür gecikən gündəliyin təsdiqi necə reallaşdı?
İlham Əliyev Bakıda keçirilən beynəlxalq simpoziumun iştirakçılarına müraciət ünvanlayıb
Fərid Şəfiyev: "TDT-nin növbəti rəsmi Zirvə görüşü oktyabr ayında Bakıda keçiriləcək"
“McDonald’s Azərbaycan” yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib
Əhalinin 84%-i Ermənistanla sülh istəyir - Sorğu
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq, bu barədə ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.
Mərkəzdən “Qafqazinfo”ya verilən məlumata görə, 2024-cü ilin iyun ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 83.8%-i “bəli, dəstəkləyirəm”, 13.5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. 2.7%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib.
Sorğunun nəticələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə cəmiyyətdə geniş dəstəyin olduğunu göstərir. Sosial Tədqiqatlar Mərkəzinin bu mövzuda keçirdiyi əvvəlki sorğuların nəticələri də cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına münasibətdə müsbət tendensiyanın olduğunu deməyə əsas verir.
Sorğular 2024-cü ilin 10 iyun - 22 iyun tarixlərində, yaşı 18 və yuxarı olan 1152 respondent arasında kompüter dəstəkli şəxsi (üz-üzə) müsahibə üsulundan istifadə olunmaqla keçirilib. Nümunənin seçilməsində ehtimallı seçmənin çoxpilləli stratifikasiya üsulundan istifadə olunub. Seçmə çərçivəsi respondentlərin gender balansı, təhsil səviyyəsi və yaş bölgüsü rəsmi statistik məlumatlara uyğun olaraq müəyyən edilib. Sorğular ölkənin 12 iqtisadi rayonunu (Şərqi Zəngəzur və Naxçıvan istisna olmaqla) əhatə edib.
Həmçinin, sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü əsasda aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar verilib. Əhatə olunan respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.
