Xəbər Lenti
10-07-2025, 13:22
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
9-07-2025, 08:08
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
9-07-2025, 07:51
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
9-07-2025, 07:48
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
8-07-2025, 09:30
Paşinyan keşişlərə qarşı hərəkatı öz üzərinə götürdü: "Kilsə əxlaqsız qrup tərəfindən ələ keçirilib"
7-07-2025, 12:48
Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
7-07-2025, 10:54
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
NATO-nun məğlub olmasını istəyən dörd dövlət hansıdır? - Stoltenberq
Çin, Şimali Koreya və İran Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyir, ABŞ və NATO-nun məğlub olmasını istəyirlər.
Qaynarinfo xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Entoni Blinken ilə Estoniyada birgə mətbuat konfransında deyib.
"Ukraynada uğur qazansalar, bu, bizi daha həssas, dünyanı isə daha təhlükəli edəcək. Deməli, bizim Ukraynaya dəstəyimiz xeyriyyəçilik deyil. Bu, bizim öz təhlükəsizlik maraqlarımızdır", - o deyib.
Stoltenberq qeyd edib ki, hamı müharibənin bitməsini istəyir, lakin Rusiyanın Ukraynanı işğal etməsi və Putinə təslim olması təhlükəsizlik və sülh gətirməyəcək. O, həmçinin Avropa müttəfiqlərinin və Kanadanın NATO sammitində Ukraynaya daha çox maliyyə və hərbi dəstək təklif edəcəyini gözləyir.
Və bu liderlər razılaşacaqlar ki, NATO Ukrayna üçün təhlükəsizlik və təlim yardımının koordinasiyasına rəhbərlik edəcək. Bütün bunlar ABŞ-ın yükünü azaldacaq", - baş katib əlavə edib.
Bildiyiniz kimi, NATO-nun hazırkı baş katibinin müqaviləsi oktyabrda başa çatır. O, 2014-cü ilin oktyabrında vəzifəsinin icrasına başlayıb.
Bu gün Stoltenberq bildirib ki, Alyansa üzv ölkələr bu mövqe üçün Hollandiyanın baş naziri Mark Rutte ilə razılaşa bilərlər.