Menu
Xəbər Lenti
Şahdağa dolu düşüb
8-08-2025, 09:26

Şahdağa dolu düşüb

STP-də yeni təyinatlar
5-08-2025, 10:00

STP-də yeni təyinatlar

Bu rayonlarda 41° isti var
4-08-2025, 09:20

Bu rayonlarda 41° isti var

09 Ağu 08:49Manşet / Siyasət

Türkiyə XİN-dən dünənki görüşlə bağlı - Bəyanat

turkiye-xin-den-dunenki-gorusle-bagli

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişdən və bununla bağlı Vaşinqtonda ifadə olunan iradədən məmnunluğunu ifadə edib.

“Qafqazinfo” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu, Türkiyə XİN-in Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh müqaviləsinin paraflanması ilə bağlı bəyanatında bildirilib.

“Biz Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunması istiqamətində əldə edilən irəliləyişdən və bu gün Vaşinqtonda bununla bağlı ifadə olunan iradədən məmnunuq”, - nazirliyin bəyanatında bildirilib.

Bəyanatda beynəlxalq münaqişələrin və böhranların getdikcə şiddətləndiyi bir vaxtda atılan bu addımın regional sülhün və sabitliyin təmin edilməsində son dərəcə mühüm hadisə olduğu vurğulanıb və ABŞ administrasiyasının prosesə verdiyi töhfələrə görə minnətdarlıq ifadə edilib.

Həmçinin bildirilib ki, Cənubi Qafqaza sülh və firavanlıq gətirmək üçün tarixi fürsətdir: “Türkiyə olaraq bu fürsəti reallaşdırmaq üçün göstərilən səylərə öz töhfəmizi verməyə davam edəcəyik və Azərbaycanın fədakar səylərini dəstəkləyəcəyik”.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Ağ Evdə keçirilən üçtərəfli sammitin yekunları üzrə Birgə Bəyannamə imzalayıblar.