Qurban Qurbanovun 21 illik rekordunu qırdı qurban-qurbanovun-21-illik-rekordunu-qirdi
Bu gün hamımızın sevimlisi, AYB və AJB-nin üzvü, "Ulusestv.az" xəbər portalının rəhbəri Şamil Cəfərovun doğum günüdür
FIFA gələn ildən yeni dəyişikliklər etmək istəyir
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) beynəlxalq təqvimdə dəyişiklik etmək və milli komandaların oyunları üçün sentyabr və oktyabr fasilələrini birləşdirmək niyyətindədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “El Desmarque” portalı məlumat yayıb.
Belə ki, hazırda milli komandaların payızda keçiriləcək oyunları üçün üç - sentyabr, oktyabr və noyabr aylarında fasilə var.
FİFA 2026-cı ildən etibarən sentyabr və oktyabr aylarında tək 16 günlük fasilə verməyi planlaşdırır. Bildirilir ki, gələn il milli komandaların beynəlxalq oyunlarında ilk fasilə sentyabrın 21-dən oktyabrın 6-dək nəzərdə tutulub. Beləliklə, komandalar bu müddət ərzində dörd oyun keçirə biləcəklər.
Noyabrda beynəlxalq fasilə 2026-cı ilin 9-dan 17-nə kimi davam edəcək. Bu müddət ərzində hər komanda üçün iki oyun nəzərdə tutulub.