Menu
Xəbər Lenti
NASA Ayda kənd yaradacaq
1-10-2025, 06:41

NASA Ayda kənd yaradacaq

Kütahyada daha bir zəlzələ
29-09-2025, 06:47

Kütahyada daha bir zəlzələ

03 Ekm 13:50Manşet / Gündəm / Sosial

Taksi sürücüsü polis qardaşına güvənərək borc alıb-qaytarmadığı qadını hədələyir

 

Yardımlı rayonunun Küryəci kənd sakini, Yardımlı rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt işləyən Əsədova Sevda Fəxrəddin qızı əslini Azərbaycan Respublikasının Prezidentinə, surətlərini Azərbaycan Respublikasının baş prokuroruna, Azərbaycan Respublikasının daxili işlər nazirinə göndərdiyi şikayətin bir nüsxəsini də “Hedeftv.az” saytı redaksiyasına ünvanlayaraq, müraciətində ehtiva olunan problemin ictimailəşdirilməsini xahiş etmişdir. Şikayətnaməni olduğu kimi dərc edirik:


Bildirirəm ki, mən taksi sürücüsü işləyən tanışım Amil Həsən oğlu Xəlilova bu ilin may ayından etibarən iki dəfəyə 800 (səkkiz yüz) manatdan çox borc pul vermişəm. Pulun bir hissəsini maşınını təmir etdirmək adı ilə, digər hissəsini isə ağır xəsarət yetirdiyi kəndin mollası olan Əfruz adlı şəxsə yardım etmək adı ilə məndən almışdır. Tezliklə qaytarcağını vəd etsə də, beş aydan çoxdur ki, məni aldadır. Sonda ümumiyyətlə, pulu qaytarmaqdan imtina edib məni əxlaqsız sözlərlə təhqir etmişdir. Amilin mənə borclu olduğunu atasına və qardaşına dediyimdə o, mənim başımı kəsəcəyi ilə, başqa şər-böhtanla, şantajla hədələmişdir. Onu da deyim ki, mən Amilə verdiyim pulun yarısını (hər dəfə 200 manat olmaqla iki dəfəyə) borc götürmüşəm və indi həmkarımın yanında üzüqara qalmışam.


Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etsəm də, Amil polisdə işləyən qardaşının və İcra Hakimiyyətində işləyən qohumunun hesabına məsuliyyətdən yayına bilir. Mən Amildən gələn hədələri real hesab edirəm və ondan həyatıma təhlükə görürəm. Üstəgəl, bizim pul mübahisəmiz və Amilin haqqımda yaydığı şər-böhtanlar mənim cəmiyyətdə və işlədiyim kollektivdə nüfuzuma zərər vurur, karyeramı zərbə altında qoyur. Odur ki xahiş edirəm, hüquq-mühafizə və cinayət təqibi orqanlarına müraciətimə həssas yanaşılması, təhlükəsizliyimin təmin olunması, Amil Xəlilovun məsuliyyətə cəlb olunması üçün göstəriş verilsin”.


 


 “Hedeftv.az”

% buffered00:00
00:00
 
% buffered00:00
00:00