Menu
Xəbər Lenti
Güclü külək əsir
Dün, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 15:06

O, bir dərya idi

12 Haz 11:33Manşet / Gündəm / Siyasət

Paşinyan Putini təbrik etdi

 

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Günü münasibətilə həmin ölkənin dövlət başçısı Vladimir Putinə təbrik məktubu göndərib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

“Bu əlamətdar bayram Rusiya Federasiyası vətəndaşlarının öz ölkələrinin gələcəyi üçün daşıdıqları məsuliyyəti, eləcə də dost Rusiya xalqının dövlətin inkişaf yolunu müstəqil şəkildə seçmək istəyini təcəssüm etdirir”, - məktubda qeyd olunub. 

Xatırladaq ki, bir neçə gündür Ermənistan mediasında Vladimir Putinin Nikol Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə hələ təbrik etməməsi müzakirə edilir. Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiyanın Ermənistandakı seçkilərin rəsmi nəticələri açıqlandıqdan sonra N.Paşinyana qələbə münasibətilə təbrik göndərəcəyini bəyan edib. Ermənistan Mərkəzi Seçki Komissiyası isə seçkilərin yekun nəticəsini iyunun 14-də açıqlayacaq.