Xəbər Lenti
27-12-2024, 15:56
Politoloq Ramazan Bağırov "jurnalist"-ə dərs verdi. Quru sərhədlərin bağlı qalması bir təhlükədir
31 Ara 06:51Cəmiyyət
İlk “ASAN xidmət”in 10 yaşı tamam olur
2012-ci il dekabrın 29-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzinin açılışı olub.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirməklə yanvarın 15-də fəaliyyətə başlayıb. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsidir.
AZƏRTAC “ASAN xidmət”in 10 il ərzində keçdiyi inkişaf yoluna, onun fəaliyyəti və uğurlarına nəzər salıb. "ASAN xidmət" mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardan biridir. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
“Mərkəzlərimizin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır”. Bunu AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.
Hazırda 24 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.
“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir.
Prezident İlham Əliyevin 2016-cı ilin mayında imzaladığı Fərmanla "ASAN kommunal" mərkəzlərinin yaradılması Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılmışdı. Qısa müddətdə "ASAN kommunal" xidmətinin yaradılması üçün aidiyyəti qurumlarla bir yerdə tədbirlər görüldü "ASAN Kommunal" mərkəzlərində Azəriqaz, Azərsu, Azərişıq şirkətlərinin 45 növ kommunal xidmətləri göstərilir. Hazırda “ASAN Kommunal” mərkəzlərində “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 500 mindən çox vətəndaşın 60 milyona yaxın müraciəti daxil olub.
Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasında "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar "ASAN qatar" konsepsiyası reallaşdırılıb. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 722 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
ASAN Könüllüləri Gənclər Təşkilatı "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən könüllüləri birləşdirir. Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 30 000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5000-dən çox təlim, 770-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
Dövlət Agentliyi və tabeliyində olan qurumlar öz fəaliyyəti çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb.
Bu çərçivədə İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Monteneqro, Estoniya, Koreya, İndoneziya, Mərakeş, Özbəkistan, Uqanda və s. kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları, eləcə də ICESCO və UCLG Afrika təşkilatları ilə imzalanmış Anlaşma Memorandumlarını qeyd etmək olar.
Həmçinin bir neçə ölkədən “ASAN xidmət” təcrübəsinin öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda danışıqlar davam etdirilir.
2022-ci ilin may ayında Dövlət Agentliyi və UCLG Afrika təşkilatının təşəbbüsü, eləcə də Mərakeş Merlər Assosiasiyasının (AMPCC) tərəfdaşlığı ilə “UCLG Afrika – ASAN –Yerli Afrika Dövlət Xidməti Mükafatı” təsis olunub.
Mükafatın yaradılmasının əsas məqsədi Afrika qitəsinin Yerli və Regional Hökumətləri tərəfindən yerli idarəetmə və ictimai xidmətlərin göstərilməsi zamanı yarana bilən çətinliklərin azaldılması və ya aradan qaldırılmasına yönəlmiş yeni həllərin, innovasiyaların, uğurlu təcrübə və təşəbbüslərin beynəlxalq səviyyədə tanıdılması və mükafatlandırmasıdır. Mükafatın ilk qalibləri Bakıda keçirilmiş “Müasir İdarəetməyə Gedən Yol: Dayanıqlı və İnnovativ Dövlət Xidmətlərinə Doğru” mövzusunda baş tutan beynəlxalq Forum çərçivəsində mükafatlandırılıb.
2019-cu ilin iyun ayında Bakıda keçirilən BMT Dövlət Xidmətləri Forumu çərçivəsində “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası”nın (“ASAN Assosiasiyası”) yaradılması barədə Niyyət Bəyannaməsi imzalanmışdır. Bəyannaməni Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İndoneziya, Mərakeş, Monteneqro, Türkiyə və Uqandanın dövlət xidmətləri göstərən müvafiq qurumlarının rəhbərləri imzalayıblar.
“ASAN Assosiasiyası”nın əsas məqsədi dövlət xidmətləri və onun göstərilməsinin səmərəli idarə edilməsi sahəsində yaranan aktual problemlər və müasir çağırışların həll edilməsi yollarını və vasitələrini müzakirə etmək; dövlət xidmətlərinin göstərilməsi strategiyası və onun həyata keçirilmə çərçivəsini yaratmaq məqsədilə mütəxəssislər və ekspertlərin institusional şəbəkəsini təşkil etməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır