Xəbər Lenti
Dün, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
04 Ock 22:25Cəmiyyət
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 10 istedadlı benefisiara sertifikatlar verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu sosialyönümlü layihələri həyata keçirməkdə davam edir. Fondun növbəti layihələrindən biri də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan istedadlı benefisiara fəaliyyətlərinə dəstək məqsədilə lazımi avadanlıqlar təqdim olunub, birgə layihələrdə fəal iştirakına görə mərkəzin bir qrup əməkdaşı və benefisiarlarına təşəkkürnamələr verilib.
Mərkəzin direktoru Pərvinə İsmayılova deyib: “Layihəyə əsasən il ərzində fərqlənən və fərdi inkişaf planına görə daha yaxşı nəticə əldə edən, məşğul olduğu sahə üzrə sənət və peşəyə daha yaxşı yiyələnən benefisiarlara mükafatlar verilir. Bu, Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsüdür və mərkəzin benefisiarlarından 10 nəfərinə təlimi uğurla başa vurduqlarına görə sertifikatlar və avadanlıqlar təqdim edilir”.
Qaliblərdən bəziləri ürək sözlərini ifadə ediblər. Birinci qrup əlil Vüsalə Hacıyeva deyib: “Mən mart ayından bu mərkəzə gəlirəm, dərzilik kursunda məşğul oluram. Rəfiqələrimin dəvəti ilə belə bir layihə olduğundan xəbər tutdum. Mərkəzə gəlməmişdən əvvəl xeyli qapalı idim, lakin son vaxtlar dostlarla, müəllimlərlə ünsiyyət nəticəsində cəmiyyətə inteqrasiya oluram. Muncuqlar düzəltmək və paltarlar tikmək sahəsində fərqləndiyimə görə çox sevinirəm”.
Qaliblərdən biri də Günel Balayevadır. O, birinci qrup əlil olsa da, mərkəzdəki məşğulluğundan çox razıdır: “Mərkəz bizim qabiliyyətlərimizin üzə çıxarılmasında çox müsbət rol oynayır. Dərzilik məni daha çox özünə cəlb edir. Bundan başqa mənim kulinariya sahəsinə də böyük marağım var. Bu təşəbbüsün təşkilatçılarına təşəkkür edirəm”.
Layihə çərçivəsində mərkəzin benefisiarlarının ifasında maraqlı konsert proqramı və onların əl işlərindən ibarət sərgi-satış yarmarkası da təşkil olunub.
Qeyd edək ki, fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının əməkdaşları ildə bir dəfə – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində əhalinin həssas qrupları ilə sosialyönümlü dəstək layihələri reallaşdırır. Onlar əvvəlki illərdə də fiziki məhdudiyyəti olan şəxslərin əl işlərinin və rəsm əsərlərinin sərgi-satış yarmarkasının təşkilində fəal iştirak ediblər. Filial ənənəni bu il də davam etdirib.