Xəbər Lenti
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 11:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 09:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 07:51
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 07:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 12:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Ötən ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ölkəmizdə əlilliyi olan şəxslərin və şəhid ailələri üzvlərinin, digər həssas qrupların sosial dəstəklə təmin olunması, onların sosial inteqrasiyası sahəsində aparılan fəal dövlət siyasətinin növbəti təzahürüdür.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Mərkəz 121 nəfərlik auditorium, müxtəlif peşə-yaradıcılıq otaq və studiyaları, kitabxana, inzibati otaqlar, yeməkxanadan və s. ibarətdir. Hazırda mərkəzdə 266 nəfər benefisiar təlim alır. Onlardan 60 faizə qədəri əlilliyi olan şəxslərdir. Mərkəzdə 14 istiqamətdə (musiqi, kapoeyra, badminton, atçılıq, rəqs, təsviri incəsənət, dulusçuluq, floristika, bağçılıq və landşaft dizaynı, bədii oyma, dərzilik, modelyer sənəti , xalçaçılıq, səhnə, kulinariya, fotoqrafiya və s.) təlimlər təşkil olunur. Ötən bir ildə mərkəzdə 20-dən çox tədbir, forum, sərgi-satış yarmarkası, konsert proqramı və s. təşkil edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərkəzdə benefisiarların istedad və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün aparılan işlərlə, benefisiarların əl işlərindən ibarət sərgi və təlim prosesi ilə tanış olub, A.P.Çexovun eyniadlı pyesi əsasında mərkəzdə hazırlanmış “Təklif” tamaşasını izləyib.
Tamaşada kübar görünməyə çalışan cəmiyyətin problemləri əksini tapır. Vodevil (zarafat) janrında olan, 23 nəfər yaradıcı heyətdən ibarət tamaşanın 7 baş rol ifaçısından 5-i müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərdir.























































