Xəbər Lenti
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
4-10-2026, 09:16
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
3-10-2026, 18:23
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
3-10-2026, 10:06
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
2-10-2026, 15:31
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
29 Mrt 21:51Dünya
Yapon kosmik aparatı Aydan möhtəşəm şəkil göndərib
Yapon kosmik aparatı Aydan möhtəşəm şəkil göndərib. Parlaq işıqlı Ay kraterləri qara kosmos fonunda aydın görünür.
İndi “Hakuto-R” ilk yapon eniş aparatı Ay ətrafında dövr edir. Bu aparat cari il aprel ayının sonuna qədər Yer kürəsinin peykinin səthinə enməlidir. “Space” yazır ki, martın 27-də bu aparatı hazırlayan şirkət “Hakuto-R” aparatının çəkdiyi Ay səthinin yeni heyrətamiz şəklini göstərib.
Yaponiya tarixində ilk Ay eniş aparatı peykimizin səthinə enməyə hazırlaşır. O, martın 20-də Ayın orbitinə gəlib və o vaxtdan onun səthindən möhtəşəm şəkillər çəkir. Martın 27-də “Hakuto-R” aparatını hazırlayan şirkət yeni şəkil təqdim edib. Şəkildə qara kosmos fonunda Günəş işığı ilə parlaq şəkildə işıqlandırılan Ay kraterləri görünür. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qismən kölgələnən kraterlər və Ay səthinin digər xüsusiyyətləri də görünür.
Bu şəkil “Hakuto-R” eniş aparatında quraşdırılmış xüsusi kamera vasitəsilə çəkilib. Kamera “İspace” Tokio özəl şirkəti tərəfindən hazırlanıb. Bu aparat hələ keçən ilin dekabrında kosmosa buraxılıb və bir neçə ay ərzində kifayət qədər mürəkkəb marşrutla planetimizdən Aya kimi məsafəni qət edə bilib. Tarixdə ilk yapon Aya eniş aparatına heç nə mane olmasa, o, bu il aprel ayının sonuna qədər Ayın səthinə enməlidir.
“Hakuto-R” aparatının Aya uğurlu enişi Yaponiyanın ABŞ, keçmiş SSRİ və Çindən ibarət özünəməxsus “Ay klubuna” qoşulması və dünyada Yer kürəsinin süni peykinin səthinə aparatını endirə bilən dördüncü ölkə olması deməkdir.
“Hakuto-R”in Aya enişi, həmçinin tarixdə özəl şirkətin hazırladığı aparatın həyata keçirdiyi ilk eniş olacaq. Yeri gəlmişkən, aparatın göyərtəsində Birləşmiş Ərəb Əmirlikləri tərəfindən hazırlanmış “Rəşid” adlı kiçik Ay aparatı var. Xatırlatması yerinə düşər ki, 2019-cu ildə Hindistan və İsraildə hazırlanan eniş aparatları Aya enməyə cəhd ediblər, lakin bu cəhdlər uğursuz olub.