Xəbər Lenti
12-11-2026, 15:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
12-11-2026, 11:27
12 NOYABR – AZƏRBAYCAN KONSTİTUSİYASI: MİLLİ AZADLIĞIMIZIN HÜQUQİ TƏMİNATI, DÖVLƏT MÜSTƏQİLLİYİMİZİN ƏBƏDİLİK RƏMZİ
11-11-2026, 11:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 18:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 11:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
05 Nis 05:21Dünya
Ərdoğan BMT-də islahata çağırıb: “Bəşəriyyəti 5 ölkə arasında tələyə salan nizam sabit deyil”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında təcili “inklüziv və hərtərəfli” islahatlara çağırıb.
Bu barədə “Anadolu” Agentliyi xəbər verib.
Paytaxt Ankarada xarici ölkələrin səfirləri və diplomatları ilə iftar süfrəsində çıxış edən Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin taleyini beş ölkə ilə məhdudlaşdırılması sabit deyil.
“Bəşəriyyətin taleyini 5 ölkənin dodaqları arasında tələyə salan hazırkı nizam sabit deyil. BMT Təhlükəsizlik Şurasının inklüziv və hərtərəfli anlayışla islahat edilməsi zəruridir”, – Ərdoğan qeyd edib.
Ukraynadakı müharibədən danışan Ərdoğan hər iki tərəfə şərəfli çıxış əldə etməyə və regionu onun cəlb olunduğu burulğandan çıxarmağa imkan verəcək ədalətli sülhün qorunub saxlanılmasının mümkünlüyünə əminliyini ifadə edib.
Qeyd edək ki, yalnız Fransa, ABŞ, Çin, Böyük Britaniya və Rusiyanın BMT-də veto hüququ var. Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edən qətnaməyə veto qoyub.























































